Şeerləri Toplayan:Heydər Saeidi
Aşıq Bəhlulun şerləri
Bilmədim nə etdim, neylədim sənə
Etdin əhvalımı pərişan fələk
Yıxdın könlumü eylədin viran
Mənidə eylədin dərvişan felek
Günü-gündən yaman eylədin halımı
Pozdurdun pərqarımı dağıtdın varımı
Qohumdan xısımdan cəmi əğyarımı
Qoymadin onlardan bir nişan fələk
Bu aşıq Bəhlula eylədin zülüm
Qoymadin dünyada şad olum gülüm
Dərdirdin qönçəmi,dərdin gülümü
Nə bülbülü qoydun, ne gülşan fələk
:
Keçdi bahar fəsli gəldi zımistan
Bağlar xəzan oldu olmaz bar indi
Gəzdiyim baği bağça gülüstan
Hamısı savuşub yağar qar indi
Yığılıb məclisə bəyler gedələr
Orada içərlər durli badələr
Məxfidə gizlində olan ədalar
Olublar hamısı aşkikar indi
Aşıq Bəhlul deyər ömrümüz keçdi
Hami gedib axır yaman vaxt indi
Bəd əsil olana dünya genişdi
Əsil olanlara olur dar dünya
Dünyanin fani olmağı
Çoxdandi muştaq idik bir gülə
Qönçə gül açmadan xara tuş oldu
Çox çalışdım qəmli könlüm bir gülə
Günü-gündən ahu zarə tuş oldu
Bu dünya fanidi yox aqibəti
Amandı kimsəni tutmayın qəti
Şəddatda zülmünən yapdı cənnəti
Özü cəhənnəmdə narə tuş oldu
Yalan yoxdu aşıq Bəhlul sözündə
Çoxlarının arzu qaldı gözündə
Hatəm bir şah idi dünya üzündə
Taxtı tərk eylədi xirqə puş oldu
Namərtlərnen müamilə eləmək
Nanəcib adamla tutmayın dəmi
Elə söz danışar mənası olmaz
Paxıl insanlarla əkməyin zəmi
Əkin bitsədə onun dənəsi olmaz
Şirin olar yer üzündə ədalət
Nalayiq əlindən çəkərəm fəryad
Yaman qonşu, bəd əsil övlad, pis arvad
Dünyada bunlardan fənası olmaz
Hər kəs bir binaya qoyarsa daşı
Lazımdır ustası olmuya naşı
Evvəldə kəsək düzsə üstündə daşı
Yıxılar o divar binası olmaz
Bəhlul deyər bu sözümü saxlayın
Hər işi tutsaz aqibəti yoxlayın
Təvəkkülü tək bir sübhanə bağlayın
O vahiddi ata- anasi olmaz
Şiə ve sünni haqqinda
Ğafil olma hər dəm salginan yada
Əvvəli ləm yəzəl xudayı bilmək
Altı min altı yüz altmış altı ayəni
Kimə göndərilmiş quranı bilmək
Əhməd i Məhmud ı həm Əbdülqasım Məhəmməd Mustafa Pənah ı xasim
Cümlə əshabına vardi xilasım
Ondan sonra on iki imamı bilmək
Ol əvvəl şah mərdan o şah ı sərvər
Həsən*Hüseyn*Zeynal*Bagır ve Cəfər
Musa-Rza-Təği-Nəği-gül əsgər
Əvvəl-axır sahib zəmanı bilmək
Hər kim o kəsləri şəksiz tanıdı
İslam odu mərifətin kanidi
Aşıq Bəhlul deyər dünya fanidi
Beş rükni tutub imanı bilmək
Allaha təvəkkül haqqinda
Nədən ah edərsən divanə könlüm
Sitqin üzməginən o yaradandan
Haqdan nə gəlirsə olginan qayil
Qorxmaginan nə ağadan nə xandan
Birinin əlindən gedərsə varı
Çox olur könlünün qəmi - qubarı
Yusifi zindandan qurtaran tari
O qurtarsın bu zülməti dumandan
Aşiq Bəhlul sözü yalan söyləməz
Nesihət eylərəm kimsə dinləməz
Əcəl gəlsə bir dəm təxir eyləməz
Ğəni mövlam ayırmasın imandan
Qocaliq haqqinda
Fələk çox gərdiş eylər dolanır
Kimi eylər kimi düzlər günbegün
Ömür dəftərindən tamam olanın
Iyr çəkər kamına günbəgün
Bükülüb xəm olub o qəttı-qamət
Sərdə pəydah olub ağrı əlamət
Könlüm istər yeyəm hər cürə nemət
Dişlər dihanimda sizlər günbəgün
Bilmək olmaz nə gündədi bədəni
Qulaqlar eşitməz ince sədanı
Uzaqdan seçəmməz gəlib - gedəni
Kəm olur işıqdan gözlər günbəgün
Aşıq Bəhlul haqdan dilər imanı
Ölən gündə qismət eylə quranı
Könlüm istər qəşt eyləyim dünyanı
Kəsilər taqətdən dizlər günbəgün
Hər giz qilmam qocalıqdan şikayət
Hamı yaranmışa var bu hekayət
Hər kim istər çox yaşasın beğayət
Hər kimsəyə deyil ar bu qocalıq
Gece- gündüz şükür eylərəm mövlayə
Qocalıq var şaha bəyə gedəyə
Verdiyim əməklər gedəndə zaya
İncidər nəfsimi bu dar qocalıq
Aşıq Bəhlul çox söz deyib özündən
Elər el içində xar bu qocalıq
Müsəlmanların hərbi haqqinda
Sizə bir ərzim var milləti İran
Siz nə üçün vurursuz bir- birinizi?
Özünüz öz vətəninizi elərsiz viran
Siz nə üçün vurursuz bir- birinizi?
Məgər sizdə yoxdu heç din qeyrəti
Salıbsız araya kino qüdrəti
Baxın xariclərə alın ibrəti
Siz nə üçün vurursuz bir- birinizi?
Baxın qeyrət ol osmanlılara
Gör nələr söylədi gözəl şahlara
Onlar vətən üçün yaxar canların
Siz nə üçün vurursuz bir- birinizi?
Osmanlı türkləri tufaqdı sözü
Din üçün qovar heç qorxmaz gözü
Ölənləri şəhid qalanlar qazi
Siz nə üçün vurursuz bir- birinizi?
Məhəbbət haqqinda
Gecə- gündüz şükür eylərəm sübhanə
Yoxdan kim var etdi aləmi gözəl
Onun yazdıqları heç getməz fanə
Qüdrətdən vurulub qaləmi gözəl
Dörd ədəd kitabı gətirdi sübhan
Onlardı bizlərə dəlili bürhan
Hamısı xətm olubdu qalıbdı quran
Onun hökmü qiyamətə qaldı gözəl
Yüz iyirmi dörd min peyğəmbər tamdı
Qurulub bayrağı aləmə gözəl
Bəhlul deyər allanmayın fənayə
Ehtiram eyləyin ata -anaya
Möminlər könlündə olmaz kinayə
Verin bir- birinizə səlami gözəl
Arpa dilindən
Biz səni əkdik hər vaxt hər zaman
Olmazıydın bu yerlərdə biləsən
Haqq verə lütfündən açasan zəban
Danişasan mən dediyim biləsən
Haqqın yaratdığı sən bir qulusan
Bə qədir elədiniz öldüm biləsən
Düz danışsan özün yaxşı biləsən
O qədər elədiniz gəldim dilə mən
Əkinçilik bizə başdan kar oldu
Çox kasıblar səni əkdi var oldu
O kimlərdi indi belə har oldu
Mən bilmərəm özün yaxşı biləsən
Gör üzümçü məni necə bildi pis
Vermədi uşağa qaytardı məyus
Çanaqçı çölməkçi o duzçu dəyyus
Gilçi dedi dəyişmərəm gilə mən
Hər yetəndən mənə vurma töhməti
Əkməyin biçməyin bilməz zəhmətin
Tari xudam bol eyləsin rəhmətin
Bu il keçdi yengil yaxşi olasan
Çoxlar məni yığıb satmadı
Heç onların rizqi heç vaxt artmadı
Dəyirmançı söydü məni dartmadı
Getməm dəyirmana girməm dola mən
Bəhlul deyər sən xoş eylə niyyətin
Hər yetənə sən eyləmə beyətin
Zəhmət çəkib xərmangaha gələsən
Bişginən çuvala götür eyvana
Bir neçə gün yedirdərsən heyvana
Qoy get xəbər versin divana
Xərman olub sovurlatma birdə mən