Küresünni qızı
Kürəsündə bir qız gördüm
Gəzər sallana-sallana.
Sanki bir sona qaz gördüm
Üzər sallana-sallana.
Xına yaxmış əllərinə,
Heyran oldum dillərinə
Altın,mixək tellərinə
Düzər sallana-sallana.
Qızıl qönçə yaz çiçəyi,
Budur gözəllər göyçəyi
Saçların hindin ipəyi,
Bəzər sallana-sallana.
Dədə Katib görsün gözün
Misirdə Züleyxanın üzün
Qaş altında xumar gözün
Süzər sallana-sallana.
Azərbaycan oğluyam.
Yaradanın qüdrətinə çox şükür
İstəyib yaradıb insan oğlu.
Yurdumu sevirəm,suyumu danmam
Türk dilli,mən müsəlman oğluyam.
Sevirəm yurdumun qoç oglanların,
Üstün şairlərin,xoş dastanların
Savaş meydanında qəhrəmanların
Uğrunda baş verən qurban oğluyam.
Haqq aşiqi haqdan alar payını
Hədər getməz,bilər ömrün sayını.
Qovalaram yurdumuzdan xaini
Tülküdən qorxmaram,aslan oğluyam.
Tərpənir könlümdə doğru duyğular
Qoymam yurdumuza qonsun bayquşlar
Məni qorxutmaz hər kiçik sular
Dalğalı dənizdə tufan oğluyam.
Dədə Katib vətən eşqi canımda
Qeyrət damarımda,isti qanımda
Ölüncə durmuşam düz peymanında.
İranlıyam,Azərbaycan oğluyam
Yaradana şükür eləyirəm,mən müsəlman oğluyam.
Div əcinə deyiləm,bəlkə insan oğluyam
Zatım doğru,südüm doğru,əqdsəhi övladı
Düz nütfədən doğulmuşam
Hökmü Quran oğluyam.
Əsas suyum türkdü mənim
Mən oğuz nəslindənəm.
Şəkki-şübhə yoxumuzdu
Yüzdə-yüz nəslindənəm.
İftixarlı Azərbaycan,
Doğru-düz nəslindənəm.
Söz ustadı Dədə Qorqud
Eyni öz nəslindənəm.
Sanlı-şanlı tariximiz,
Doğru bastan oğluyam.
Azərbaycan beşiyində
Qəhrəmanlar bəslənib.
Şairləri sana gəlməz
Qəzəlxanlar bəslənib.
Adı bəlli Bağırxanlar,Səttərxanlar bəslənibş
Düşmənə dal döndərməyən
Qoç oğlanlar bəslənib.
Yatmam tülkü daldasında
Erkək aslan oğluyam.
Dədə Katib bir rəngim var
Hər rəngə boyanmaram.
Millətimi tərif etsəm
Ölüncə usanmaram.
Azəriyəm,Türk oğuzatımı
Xor sanmaram.
Parça-parça doğrasalar
Özlüyümü danmaram.
Müsəlmanam İranlıyam,
Azərbaycan oğluyam!