Azeri Türkcesi

Küresünni adətlərinə görə gəlin bəy evinə gəldikdən sonra qaynanasi ona bir şer oxuyar ki ona Yır diyərlər.Burdaki adlar məcazi anlamda yaziliblar və gəlinin qaynatasi , qaynanasi,gayni,baldızı və əmisi  ifasindadır.

Gəlin diyər yoxdur atam

Qoyunu quzuya qatam

Heydər sənin böyük atan

Gəlin xoş gəldin xoş gəldin

Güli nov rəstə xoş gəldin

Qədəm qoydun bu gülşanə

Gəlin xoş gəldin xoş gəldin

 

Gəlin diyər yoxdur anam

Burnumdan aldilar tanam

Nardənə sənin böyük anan

Gəlin xoş gəldin xoş gəldin

Güli nov rəstə xoş gəldin 

Qədəm basdın bu gülşanə

Gəlin xoş gəldin xoş gəldin

 

Gəlin diyər yox qardaşim

Kim ola mənə sır daşım

Şəhruz sənə böyük qardaş

Gəlin xoş gəldin xoş gəldin

Gözləri şəhla xoş gəldin

Qədəm basdin bu gülşanə

Gəlin xoş gəldin xoş gəldin

 

Gəlin diyər yoxdur əmim

Kimə diyim dərdi ğəmim

Fıruz sənin böyük əmin

Gəlin xoş gəldin xoş gəldin

Güli nov rəstə xoş gəldin

 

Gəlin diyər yoxdur bacım

Başimdan aldilar tacım

Xəyal sənin böyük bacın

Gəlin xoş gəldin xoş gəldin

Zəri zubun donun olsun

Uzun küçə yolun olsun

Damad sənin qulun olsun

Gəlin xoş gəldin xoş gəldin

Qədəm goydun bu gülşanə

Gəlin xoş gəldin xoş gəldin

Qədəm basdin bu gülşanə

Gəlin xoş gəldin xoş gəldin

Nardənə Cəngəli